Cinayətkarların “Facebook“ sərgüzəştləri- FOTO

30 Oktyabr 2013 21:35 (UTC+04:00)
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, dünyada populyar olan Facebook sosial şəbəkəsi artıq həbsxanalara daxil olub.


Hindistanın bir neçə ştatında ağır cinayətlərdə suçlanan, barəsində 40-dan çox cinayət işi açılan "Sukha Kahlon" bandasının həbs edilmiş üzvləri internetdən istifadə edirlər. Banda üzvləri sosal şəbəkədə özlərinə məxsus "Sukha kahlon sharp shooter" adlı səhifə yaradıblar.
Səhifənin 16 mindən artıq daimi oxucusu var.

Məhbusların Facebook-da qeydiyyatda olmaları, şəkil yükləməri Hindistan mediasında şok yaradıb. Onların yüklədiyi fotolardan birində "Sukha Kahlon" üzvlərindən biri, "Cimmi" kimi tanınan Pita Kaand kamerada başqa məhbusu təpikləyərək döyür. Səhifədə "Sukha Kahlon" üzvlərinin bir məhbusu dəyənəklə amansızca döydükləri anların əks olunduğu "Rokki Kaand" adlı video da yer alıb. Hindistan DİN-i baş verən hadisə ilə bağlı araşdırmalara başlayıb.

Xəyalə
AzNews.az