Uşaq “Bismillah“ dedi, avtobusdan qovuldu

30 Oktyabr 2013 15:28 (UTC+04:00)
ABŞ-ın Nyu-York şəhərində, Bruklin səmtində avtobusa minən və sərnişin abonoment kartını axtararkən "Bismillahir rəhmanir rəhim" deyən 10 yaşlı oğlan avtobusdan qovulub.

Məktəbə getmək üçün Bruklində evinin qarşısında avtobusa minən 10 yaşlı oğlan çantasında sərnişin abonoment kartını axtarmağa başlayıb. Bu zaman uşağın ərəb dilində "nələrsə" dediyini eşidən avtobus sürücüsü 10 yaşlı sərnişini potensial terrorçu olmaqda suçlayıb, avtobusdan qovub.

Ağlayaraq evə yollanan uşaq başına gələnləri valideynlərinə danışıb.
Avtobus şirkəti MTA sürücünün şəxsiyyətini müəyyənləşdirmək üçün ailəyə çeşidli fotolar göstərib.

Müsəlman ailə isə uşağın mənəvi travma almasına rəğmən, sürücünü məhkəməyə vermək niyyətində deyil.(milli.az)