Mikayıl Cabbarovdan kadr dəyişikliyi- Siyahı

30 Oktyabr 2013 16:24 (UTC+04:00)
Azərbaycan təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsində struktur dəyişiklikləri aparılıb.


AzNews.az Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, dəyişikliklərin əsas məqsədi BŞTİ-nin fəaliyyətinin səmərəliliyinin artırılmasından, idarəetmədə müasir üsulların tətbiqinə və şəffaflığın təmin edilməsinə nail olmaqdan ibarətdir.

Yeni struktura uyğun olaraq, Nailə Rzaquliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, Məmmədəli Kəsəmənli, Nərgiz Səfərova və Hüseyn Əsgərov BŞTİ-nin müdir müavinləri vəzifələrinə təsdiq olunublar. Təhsil İdarəsi müdirinin birinci müavini vəzifəsinin icrası Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Elnur Əliyevə həvalə edilib.
İdarədə digər kadr dəyişiklikləri də aparılıb.

AzNews.az