Azərbaycan AvroNestin iclasına qatılacaq

31 Oktyabr 2013 08:41 (UTC+04:00)



Milli Məclisin deputatı, AvroNest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov qurumun Büro iclasında iştirak etmək üçün noyabrın 1-dən 3-dək Ukraynada səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək toplantının gündəliyinə Azərbaycanda və Gürcüstanda keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı müzakirələr, 2013-cü ilin mayında Brüsseldə keçirilən Büro iclasında qəbul edilən qərarların və qurumun 2014-cü il fəaliyyət planının təsdiq edilməsi, üzv ölkələrə yeni həmməruzəçilərin təyini və digər məsələlər daxildir.

İclasda E.Süleymanov müzakirə edilən məsələlərə öz münasibətini bildirəcəkdir.

AzNews.az