Rusiyada Dağıstan bayrağı yandırıldı- VİDEO

31 Oktyabr 2013 09:00 (UTC+04:00)
Rusiyada millətçilər Dağıstanın bayrağını yandırıb.

Krasnodarın "Kuban" və Mahaçqalanın "Anji" klubları arasında keçirilən futbol matçında ev sahibi komandanın azarkeşləri stadionda qafqazlılara qarşı sərt davranıb.

"Anji" Dağıstanın bayrağını yandıranların cəzalandırılması ilə bağlı aidiyyatı qurumlara müraciət ünvanlayıb. Mahaçqala klubunun rəhbərliyi ümid edir ki, "Kuban" klubu və Rusiya Peşəkar Futbol Liqası həmin azarkeşlərin tapılıb cəzalandırılmasında yardım edəcəklər.

Anspress xəbər verir ki, Dağıstan administarsiyasından olaya münasibət bildirilib. Muxtar respublikanın baş nazirin müavini Hacı Maxaçev verdiyi açıqlamada bildirib ki, günahkarlar törətdikləri hərəkətə görə, cavab verməlidirlər.

Xatırladaq ki, analoji insident sentyabrın 14-də Sankt-Peterburqda baş verib. Yerli "Zenit" və Qroznının "Terek" komandaları arasında oyun zamanı "Zenit"in fanat sektorunda Çeçenistanın bayrağı yandırılıb.



AzNews.az