UEFA klublara transfer həddi qoyacaq

4 Avqust 2012 14:33 (UTC+04:00)

UEFA "Fair Play" layihəsi çərçivəsində klubların
maliyyə xərclərini də tənzimləyəcək. AzNews.az Ensonhaber.com-a istinadən məlumat
verir ki, UEFA transfer xərcləri ucbatından bəzi klubların maliyyə problemləri
yaşadığını nəzərə alaraq qərar qəbul
edib. Yeni qərara əsasən, klublar transferlərə büdcədən artıq pul xərcləyə
bilməzlər. Bu da klubları maliyyə problemlərindən xilas edəcək. Qərar həmçinin,
qanunsuz transfer rəqabətinin də qarşısını alacaq.



Şahlar Ruhi



AzNews.az