Azərbaycanda ermənilərlə birgə TV yaradılır

31 Oktyabr 2013 13:13 (UTC+04:00)
Xəbər verildiyi kimi Azərbaycan Avropa Hərəkatı "Etimad Toxumları" adlı layihənin icrasına başlayıb.


Qaynar.info-nun verdiyi xəbərə görə, Amerka Birləşmiş Ştatlarının "German Marshall Foundu"nun maliyə dəstəyi ilə Azərbaycan Avropa Hərəkatı tərəfindən həyata keçirilən layihənin tərəfdaşları"Türkiyə Avropa Hərəkatı", "Ermənistan Avropa Hərəkatı" və "Gürcüstan Yeni İqtisadi Məktəb"dir.

Hərəkatın mətbuat xidmətindən verilən məlumata görə, layihə çərçivəsində sentyabr ayında Gürcüstanın Batumi şəhərində ilk tədbir keçirilib.Tədbirdə hər ölkədən 4 nəfər iştirakçı və bir nəfər kordinator olmaqla 20 nəfər iştirak edib. Beynəlxalq Avropa Hərəkatından dəvət olunan ekspertlər Dr. Karol Veaver və Lisinia Simao təlim iştirakçılarına sülh quruculuğu, bu istiqamətdə beynəlxalq təcürübə, münaqişə tərəflərini təmsil edən Vətəndaş Cəmiyyəti inisututlarının birgə fəaliyyətinin əhəmiyyətibarədə təlim keçiblər.

Tədbirin yekunu olaraq layihə çərçivəsində Sülh qurucuları adlı şəbəkə təsis edilib. Şəbəkəyə qoşulan tərəflər qara dəniz ətrafında dayanıqlı sülhə nail olmaq üçün müzakirələr və əməkdaşlıq edəcəklər.

Layihə cərcivəsində "www.peace-tv.org" (sülh tv) adlı sayt yaradılması prosesi artıq başa çatmaqdadır. Noyabr ayında Sülh qurucuları şəbəkəsinin uzvləri münaqişədən əziyyət çəkən vətəndaşlar arasında video sorğular keçirəcək.Bundan başqa hər dörd ölkədə Sülh qurucuları şəbəkəsinin və SÜLH TV-nin təqdimatın olacaq. Bununla da şəbəkənin intensiv fəaliyyəti daha da gücləndiriləcək.

AzNews.az