Rus polkovnik Azərbaycanı hədələdi

31 Oktyabr 2013 14:23 (UTC+04:00)
"Azərbaycan Dağlıq Qarabağa qarşı hərbi əməliyyatlar həyata keçirsə, Rusiya hərbi bazası silahlı münaqişəyə cəlb oluna bilər".


Ermənistandakı 102-ci hərbi bazanın komandanı polkovnik Andrey Ruzinski Rusiya Müdafiə Nazirliyinin "Krasnaya zvezda" qəzetinə müsahibəsində belə deyib.

"Media forum" saytı xəbər verir ki, Ruzinski hərbi bazanın məsuliyyət daşıdığı zonada hərbi-siyasi vəziyyətin sakit olmadığını və Azərbaycan-Ermənistan münaqişəsi regionunda mümkün qarşıdurmalarla bağlı qeyri-stabil durumun davam etdiyini bildirib: "Əgər Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ üzərində nəzarətin hərbi yolla bərpa olunması haqda qərar qəbul etsə, hərbi baza Rusiya Federasiyasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində götürdüyü öhdəliklər əsasında münaqişəyə daxil ola bilər".

AzNews.az