İsrail Əsədin hərbi bazasını vurdu - İddia

31 Oktyabr 2013 19:18 (UTC+04:00)
Suriyanın Lazkiyə şəhərində hərbi bazalardan birinə hücum olub.


Raketlə vurulan hərbi bazanın yerlə-yeksan olduğu və bazanı vuranın İsrail olduğu iddia edilir.

İsrailin Jerusalem Post qəzeti Suriyanın Aralıq dənizi sahilindəki Lazkiyə şəhərində bir hərbi bazanın bu səhər raket hücumu nəticəsində yerlə bir olduğunu yazır. Hücumun kim tərəfindən reallaşdırıldığı hələ bilinmir. Suriya və Livan mətbuatında gedən xəbərlərdə isə hücumu İsrailin reallaşdırdığı iddia edilir.

Hücumdan dərhal sonra bir İsrail təyyarəsinin bölgədən uzaqlaşarkən görüldüyü də iddialar arasında.

Elman
AzNews.az