Zakir Həsənov xaricə gedir

31 Oktyabr 2013 15:20 (UTC+04:00)
Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyəyə səfər gedəcək.
AzNews.az-ın "AzeriDefence.com" saytına istinadən verdiyi məlumata görə, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun yaxın vaxtlarda Türkiyəyə səfəri planlaşdırılır.

Bu barədə diplomatik mənbələrdən məlumat verilib.

Səfərin noyabrın ikinci ongünlüyündə (12-13 noyabr) baş tutacağı gözlənilir. Nazir Ankaraya Azərbaycanın hökumət rəsmilərindən ibarət geneiş heyətin tərkibində səfər edəcək.

Bu Z. Həsənovun müdafiə naziri vəzifəsində ilk rəsmi səfəri olacaq.

AzNews.az