“Faiq Ağayevin üzərimdə böyük haqqı var”

31 Oktyabr 2013 16:27 (UTC+04:00)
Müğənni Vasif Məhərrəmli xalq artisti Faiq Ağayev haqqında maraqlı açıqlama verib.


Axşam.az-ın məlumatına görə, sənətçi "Pərdə" verilişinə müsahibəsində həmkarının ona çox dəstək olduğunu deyib:

"Faiq Ağayev mənim üçün elə bir yaxşılıq edib ki, onu heç vaxt unutmaram. Onun mənim üzərimdə böyük haqqı var. Bir dəfə gecə yarısı ehtiyacım var idi, zəng edəcəyim yeganə insan o oldu. Gəldi, səhər saat 7-yə kimi mənimlə oturdu, yuxusuna haram qatdı. Uzun illər keçməsinə baxmayaraq, indi də ona təşəkkür edirəm. Mən yaxşılıq unudan biri deyiləm".

Şou-biznesdə müğənnilərin bir-birinin paxıllığını çəkdiyini deyən V. Məhərrəmli bəyəndiyi ifaçıları tərifləməkdən çəkinmir:

"Çoxları şou-biznesi bəyənmir. Amma ən yaxşı və səmimi dostluqlar elə bizim camiədədir. Kimi bəyənirəmsə, adını çəkməkdən qorxmuram. Bir çox ifaçılara qulaq asıram. Eltonu, Ülviyyə Tağıyevanı xoşlayıram. Əlim-ayağım düz, görünüşüm yerində, lazımi qədər toyum varsa, niyə kiminsə paxıllığını çəkim?".

AzNews.az