Elmar Məmmədyarov ukraynalı nazirin müavinini qəbul etdi- FOTO

31 Oktyabr 2013 16:34 (UTC+04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ukrayna xarici işlər nazirinin birinci müavini Ruslan Demçenkonu qəbul edib.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, R. Demçenko Azərbaycanla Ukrayna arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

O, Bakıda keçirilən humanitar forumun yüksək səviyyədə təşkil edildiyini və Ukraynanın geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunduğunu vurğulayıb.

E. Məmmədyarov Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişafı üçün qarşılıqlı möhkəm siyasi iradənin və geniş potensialın olduğunu qeyd edərək, Ukraynanın ATƏT-in fəaliyyətdə olan sədri statusunda fəaliyyətini yüksək qiymətləndirildiyini bildirib.

Görüş əsnasında hökumətlərarası birgə komissiyanın qarşıdan gələn iclası, XİN-lər arasında məsləhətləşmə mexanizminin gücləndirilməsi və qarşılıqlı səfərlərin təşkil edilməsi məsələləri üzrə müzakirələr aparılıb.

AzNews.az