İmişlidə fahişəxana aşkarlandı

31 Oktyabr 2013 16:43 (UTC+04:00)
İmişli rayonu Bəyrəmtəpə qəsəbəsindəki restoranda fahişəxana aşkarlanıb.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "Sahil" restoranında rayon sakinləri Sənan Həmzəyevin və Sevinc Alışovanın gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etmələri müəyyən edilib.

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində onlar saxlanılıb.

AzNews.az