21 yaşdan aşağı şəxslərə siqaret satılmayacaq

31 Oktyabr 2013 21:16 (UTC+04:00)
Nyu-Yorkda 21 yaşdan aşağı şəxslərə siqaret satılmayacaq.


AzNews.az-ın yerli mətbuata istinadən verdiyi xəbərə görə, Nyu-York Şəhər Şurasının verdiyi qərar yalnız normal siqaret satışlarını deyil elektron siqaretlərə də aid olacaq.

Bu qərarla da Nyu-York ABŞ-da siqaret satışına görə ən yüksək yaş həddinin tətbiq olunduğu şəhər olub.

Rəhim Qədirov
AzNews.az