Öldürülən 12 yaşılı qız qəbirdən diri çıxdı

31 Oktyabr 2013 21:41 (UTC+04:00)
Pakistanda inanılmaz hadisə baş verib. "Quran" kursuna gedərkən qaçırılıb, təcavüzə məruz qalan 12 yaşlı qız, basdırıldığı məzarı əlləriylə qazaraq, xilas olmağı bacarıb.
AzNews.az "Independent" qəzetinə istinadən xəbər verir ki, hadisə Pəncab əyalətində baş verib. 12 yaşlı qız "Quran" kursuna gedərkən 2 nəfər tərəfindən qaçırılıb və təcavüzə məruz qalıb. Özündən gedən azyaşlının öldüyünü zənn edən təcavüzkarlar onu basdırıblar. Sonradan özünə gələn qız palçıqlı məzarı əlləri ilə qazaraq xilas ola bilib.
Xəbərdə Pakistan polisinin hadisə ilə bağlı cinayət işi açmaması səbəbindən qızın atası Sıddiqın Mughalın hadisəni ictimailəşdirmək məcburiyyətində qalıb.

Bundan sonra Pakistan yüksək məhkəməsinin polisə hadisəni araşdırma əmri verdiyi bildirilir.

Elman
AzNews.az