İranda 11 nəfər edam edildi

31 Oktyabr 2013 22:55 (UTC+04:00)
İnsan haqları barədə məlumat yayan saytlar Urmiyənin mərkəzi zindanında ötən günlərdə ikisi qadın olmaqla 11 nəfərin asılaraq edam edildiyi xəbərini yayıblar. Xəbərlərə əsasən edam edilənlərin altısı narkotik qaçaqmalçılığı, biri isə qətl ittihamı ilə mühakimə olunublar. Digərlərinin isə hansı ittihamlarda təqsirli bilindiyi bəlli deyil. İkisi qadın olmaqla dörd nəfərin adı bəlli olmasa da, digər 7 nəfərin adı açıqlanıb. Onlar Kamil Səidi, Kamil Həbibi, Zəki Xani, Məhəmməd Gürcü, Müsəyyib Sadati, Vəli Məhəmmədzadə və Yədulla Məhmudidir. Amnesty International İranla bağlı yaydığı bəyanatında, insanların ədalətsiz məhkəmə qərarları ilə edam olunduqlarını qeyd edib.

Elman
AzNews.az