Prezident kökəlməyə qarşı mübarizə elan etdi

1 Noyabr 2013 08:15 (UTC+04:00)
Meksika prezidenti Enrike Penya Neto ölkəsində kökəlməyə qarşı mübarizə başladığını elan edib.


AzNews.az-ın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, prezident milyonlarla meksikalının artıq çəkidən əziyyət çəkdiyini bildirib: "Biz əllərimizi yanımıa salıb gözləyə bilmərik".

Prezident xalqa müraciət edərək gündə heç olmasa bir saat fiziki fəaliyyətələ məşğul olmağa çağırıb.

Prezident bildirib ki, Səhiyyə Nazirliyi yaxın zamanda əhalinin monitorinqinə başlayacaq.

Elnur
AzNews.az