Bakı maviləri- Reportaj (VİDEO)

1 Noyabr 2013 08:49 (UTC+04:00)


Bakıda gecə küçələrdə nələr baş verir?

Paytaxtın mərkəzi küçələrində baş verənlərlə bağlı ANS kanalı maraqlı sujet hazırlayıb.

"Salam Azərbaycan" verilişində gedən sujetdə, qaranlıq küçələrdə gəzişən "gecə adam"larını bəlkə də biz adi vaxtlarda dəfələrlə görürük.

Qeyd edək ki, Maqsudun "Monika", Sənanın "Səma", Seyhunun "Cesika" kimi səsləndiyi məkanda payız fəslinin olmasına baxmayaraq, onlar öz işlərindədirlər. Mini yubka, açıq-saçıq paltar geyinən "mavi"lər özlərinin bu halından məmnun görünürlər.

"Mən özümə aidəmsə, təlabatıma uyğun bura çıxmışam. Mən öz tələb etdiklərimi yerinə yetirməyə görə bura çıxmışam. Qadın nə tələb edirsə, mən də onu tələb edirəm", - deyə onlardan biri bildirib.

"Roza" ləqəbli Rəşadın sözlərinə görə, Bakıda məhz gecələr normal gəzmək mümkündür. Heç kim dəyib-dolaşmır. Təhqirə məruz qalmırlar. Onalr bildiriblər ki, məmuniyyətlə 3 aydan sonra Soçidə başlayacaq "qış olimpiadası"na getmək istəyirlər. Onları daha çox Rusiya prezidenti V.Putinin son bəyanatı ruhlandırıb. Kreml rəhbəri bəyan edib ki, Soçi bütün cinsdən olan insanlar və idman azərkeçləri üçün açıqdır. Onlarla heç kimin işi olmayacaq. "Roza"nın sözlərinə görə, o, daha çox fiqurlu konki sürməyi xoşlayır.

"Səma" isə daha çox şou-biznes nümayəndələri əlindən gileylənir. Onun sözlərinə görə, bəzi müğənnilər, onlardan da betərdi. Çünki onlar özlərini danırlar. Hələ utanmaz-uanmaz "Mən qeyrətli vətən övladıyam" kimi mahnılar da oxuyurlar.



AzNews.az