Müsavatdan Rəsul Quliyev və Lalə Şövkətə sərt ittihamlar

1 Noyabr 2013 09:07 (UTC+04:00)
Arif Hacılı: "Rəsul Quliyev, Lalə Şövkət kimi siyasilərlə işbirliyi Azərbaycana fayda gətirmədi".


Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ALP lideri Lalə Şövkəti, parlamentin keçmiş spikeri Rəsul Quliyevi, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vaqif Hüseynovu, Rusiya Azərbaycan Təşkilatları İttifaqının sədri Abbas Abbasov tənqid edib.

AzNews.az-ın məlumatına görə, Arif Hacılı bu fikirlərini "facebook" ünvanında paylaşıb. O, statusda bildirib ki, biz zamanında çox güzəştlərə gedilib:

"Xalqımızı naqis, bədbəxt hesab edib yadların köləsi olanlara bəzən özümüz bu güzəştlərə getməməyi mümkünsüz saydıq, bəzən də ictimai təzyiqə davam gətirə bilmədik. Amma heç zaman bu güzəştlərdən fayda görmədik. Bizim zaman zaman Rəsul Quliyev, Lalə Şövkət kimi siyasilərlə işbirliyimiz nə demokratik düşərgəyə, nə də Azərbaycana fayda gətirmədi. Hələ Vaqif Hüseynov, Abbas Abbasov kimilərinin də sevdalıları onları bizə pərçimləmək xəyallarındadır. Bizə şübhəli keçmişi olan hay-küylü adların yox, real fayda gətirənlərin birliyi lazımdı. Vəziyyətdən faydalanmaq istəyənlər çoxdur. Real fəaliyyət vəziyyəti dəyişdirmək istəyənlərə, buna qadir olanlara istinad etməklə qurulacaq!".


AzNews.az