Rusiyada terror aktının qarşısı alındı

1 Noyabr 2013 09:31 (UTC+04:00)
Rusiyanın Stavropol şəhərində "şəhid kəməri" ilə terror aktı törətməyə hazırlaşdığı ehtimal olunan bir nəfər həbs edilib.


Şəxsin üzərindəki partlayıcıları kinoloqlar aşkarlayıb. Hadisə oktyabrın 31-də axşam saatlarında baş verib. Saxlanan şəxsin 1983-cü il təvəllüdlü olduğu bildirilir. Hazırda faktla bağlı aradırma aparılır.

AzNews.az xəbər verir ki, Şəhid kəməti ilə saxlanan şəxsin Stavrolol sakini olmadığı da polisin verdiyi məlumatlar arasındadır.
Qeyd edək ki, oktyabrımn 21-də Volqoqradda üzərindəki şəhid kəmərini partladan dağıstanlı qadın 7 nəfərin ölümünə səbəb olub.

Elnur
AzNews.az