Prokurorluqdan araşdırmalarla bağlı məlumat- Yenilənib

1 Noyabr 2013 12:17 (UTC+04:00)
"Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi"ndə yol verilmiş qanun pozuntuları ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində müvafiq araşdırmalara başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olan məlumata görə, araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək

***
10:44
Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi oktyabrın 31-də Seçkilərin Monitorinqi Demokratiyanın Tədrisi Mərkəzinin ofisində Bakı şəhər Nəsimi rayon məhkəməsinin qərarı ilə istintaq baxışı keçirib.

Bu barədə məlumatı mərkəzin rəhbəri Anar Məmmədli verib.

A.Məmmədlinin sözlərinə görə, baxış zamanı SMDT və Könüllərin Beynəlxalq Əməkdaşlıq Birliyinə aid çap nəşr nümunələri, hesabat, press relizlər, iki ədəd kompüter, proqram və maliyyə sənədləri araşdırma üçün götürülüb:

"Bu yoxlamalar bizim layihələrlə bağlıdır. Bir qədər anlaşılmazlıq var, belə ki, adətən bu məsələlərlə bağlı Vergilər Nazirliyi yoxlama aparmalıdır. Hazırda ilkin istintaq prosesi gedir və istintaq sirri olduğu üçün əlavə məlumat verə bilmirik. Bu gün bizə mənəvi dəstək göstərən bütün dostlarımıza, jurnalistlərə və ictimai fəallara təşəkkür edirik. Əmin olun ki, biz tərəfsiz, sivil və dinc qaydada Azərbaycan xalqının milli maraqlarına uyğun fəaliyyət göstəririk".

Elnur
AzNews.az