Əmək Müfəttişliyinə yeni sədr təyin olundu

1 Noyabr 2013 10:29 (UTC+04:00)
Dövlət Sosial Müdafiə Fondunun Maliyyə-büdcə şöbəsinin müdiri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə sədr təyin olunub. AzNews.az-ın azvision.az-a istinadən verdiyi məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov fondun Maliyyə-büdcə şöbəsinin müdiri İdris İsayev Əmək Müfəttlişliyinə sədr gətirib.

İdris İsayev yeni postunda Nəbi Şükürlünü əvəz edəcək.

Qeyd edək ki, İdris Balakişi oğlu İsayev 22 oktyabr 1970-ci ildə anadan olub.


AzNews.az