Sabaha olan hava proqnozu

1 Noyabr 2013 11:41 (UTC+04:00)
Bakı və Abşeron yarımadasında noyabrın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək, şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-13, gündüz 15-18 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 2-də əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.


AzNews.az