Tarixi Sulut məscidi yandı

1 Noyabr 2013 12:09 (UTC+04:00)

İsmayıllı rayonunda tarixi məsciddə yanğın hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, hadisə rayon mərkəzindən 40 km məsafədə yerləşən Sulut kəndində baş verib. Gecə saat 01.00 radələrində ümumi sahəsi 100 kv metr olan məscid tamamilə yanaraq külə dönüb.

Kənd sakinləri İsmayıllı rayon Dövlət Yanğından Mühafizə xidmətinə məlumat versə də, kəndin dağlıq ərazidə yerləşməsi və yolun uzaqlığı onların hadisə yerinə gec çatmasına səbəb olub. Nəticədə Yanğından Mühafizə hissəsinin 2 maşını və canlı qüvvəsi cəlb olunsa da, məscidin tamamilə yanmasının qarşısını almaq mümkün olmayıb. Lakin yanğının atraf tikili və evlərə keçməsinin qaşısı alınıb.

Faktla bağlı FHN Şimal Qərb regional mərkəzinin Dövlət Yanğın Nəzarəti xidməti araşdırma aparır.

Qeyd edək ki, məscid 1918-ci ildə inşa edilib.

Aznews.az