İki nəfəri cərəyan vurdu

1 Noyabr 2013 14:00 (UTC+04:00)
Azərbaycanda iki nəfəri cərəyan vurub.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 31-də Qəbələ rayon sakini İlqar Rzayev və Gəncə şəhər sakini Eşqin Bayramov elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişiblər.

Hər iki faktla bağlı araşdırma aparılır.


AzNews.az