Həmsədrlər Ermənistana gedəcək

1 Noyabr 2013 15:36 (UTC+04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri Jak For (Fransa), İqor Popov (Rusiya) və Ceyms Uorlik (ABŞ) noyabrın 4-də Yerevana gələcəklər.

Trend-in verdiyi məlumata görə, səfər çərçivəsində həmsədrlərin Ermənistan Prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşləri planlaşdırılıb.

Bu dəfə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər nəzərdə tutulmayıb.

AzNews.az