İndoneziya prezidenti İlham Əliyevi təbrik etdi

1 Noyabr 2013 16:55 (UTC+04:00)
İndoneziya Respublikasının prezidenti Susilo Bambanq Yudhoyono İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik edib.

AzNews.az-ın məlumatına görə, təbrik məktubunda bildirilib:

"Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi İndoneziya Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Sizin yeni prezidentlik dövrünüzdə uzun illər boyu ölkələrimizin malik olduğu konstruktiv əməkdaşlıq davam etdiriləcəkdir".

Məktubda o da qeyd olunub ki, iki ölkə arasında qarşılıqlı əməkdaşlıq potensialı böyükdür: "Mən Sizinlə əməkdaşlığın digər istiqamətlərində, xüsusilə enerji, ticarət və sərmayə qoyuluşu sahələrində çalışmağa ümid edirəm".

AzNews.az