Süleyman Dəmirəl ordenlə təltif edildi- Sərəncam
1 Noyabr 2013 18:37 (UTC+04:00)
Prezident İlham Əliyev Süleyman Dəmirəlin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzNews.az AzərTac-a istinadən xəbər verir ki, Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Türkiyə Cümhuriyyətinin 9-cu Prezidenti Süleyman Dəmirəl "Şərəf" ordeninə layiq görülüb.
AzNews.az