Liftdə qalan iki nəfər xilas edildi

2 Noyabr 2013 08:10 (UTC+04:00)
Bakının Nərimanov rayonunda 9 mərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalıb. AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında istinadən verdiyi məlumata görə, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti birinci mərtəbəyə endirib, qapıları açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıb.

AzNews.az