Pakistanda Taliban lideri öldürüldü

2 Noyabr 2013 08:24 (UTC+04:00)

Pakistanda taliblərin lideri Hakimulla Maksud öldürülüb. AzNews.az xəbər verir ki, Taliban liderinin Amerika polorsuz təyyarəsinin hücumu zamanı öldürüldüyü bildirir.

"Reuters"in məlumatına görə, Taliban H.Maksudun öldürülməsi barədə xəbəri təsdiqləyib. Ancaq bundan əvvəl də dəfələrlə onun ölüm xəbəri yayıldığından və Taliban tərəfindən təsdiqləndiyindən məlumatına doğruluğu şübhə doğurur.

Ölümün necə baş verməsinə gəlincə isə, pilotsuz təyyarə Taliban liderinin olduğu kəndə 4 bomba atıb.

H.Maksudun dəfninin şənbə günü yerli vaxtla 15.00-da Miranşah şəhərində keçiriləcəyi bildirilir.

Elnur
AzNews.az