Millət vəkili seçicilərin şikayətlərini dinlədi- Foto

2 Noyabr 2013 09:28 (UTC+04:00)
Noyabrın 1-də Milli Məclisin deputatı Azay Quliyev Şirvan şəhərində seçicilərlə növbəti görüş keçirib.


Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının binasında baş tutan görüşdə deputat təqribən 100-ə yaxın seçicinin müraciət və şikayətlərini dinləyib, üzləşdikləri problemlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edib.

Qaldırılan məsələlər arasında I qrup əlillərin sosial təminatı, mənzil problemləri və sair müzakirə olundu. Şikayətçilərin problemlərini dinləyən millət vəkili, onların müraciətlərini Milli Məclis, Nazirlər Kabineti və digər aidiyyəti qurumlara ünvanlayacağını bildirdi.


AzNews.az