Sabiq baş nazirin 7 milyon dollarlıq villası müsadirə edildi
2 Noyabr 2013 17:06 (UTC+04:00)
Amerika məhkəməsi Ukraynanın keçmiş baş naziri Pavel Lazarenkonun Kaliforniyadakı villasını müsadirə edib.
ANews.az "Украинская правда"ya istinadən xəbər verir ki, qərar Kaliforniya ştatının şimal dairəsinin federal məhkəməsi tərəfindən çıxarılıb.
Məhkəmə qərarına əsasən keçmiş baş nazir bu villanı cinayət yolu ilə əldə edib. 9 min kv m ərazisi olan villanı sabiq baş nazir 1998-ci ildə alıb. 9 yataq otağı olan villaya 7 milyon dollar ödənilib. Bu villa Lazarenkoya qarşı çirkli pulların yuyulması ittiham ilə cinayət işinin başlamasına səbəb olub. Məhz həmin cinayət işi ilə əlaqədar Lazarenko 2006-cı ildə 8 il həbs cəzası alıb.
2012-ci ildə Lazarenko azadlığa çıxıb. Hazırda Lazarenko ölkəsində də həbs təhlükəsinin olduğunu bildirərək, Amerikada qalmasına imkan yaradılmasını tələb edir. Lazeronko ABŞ-a 1999-cu ildə saxta pasportla gedib.
O, siyasi sığınacaq istəsə də, əvəzində onu həbs ediblər. Lazarenko 280 milyon dollar çirkli pulun yuyulmasında ittiham edilir.
Elnarə
AzNews.az