Ana və üç azyaşlı oğlu evdə ölü tapıldı- Faciə
2 Noyabr 2013 11:32 (UTC+04:00)
Astarada bədbəxt hadisə nəticəsində bir ailənin 4 üzvü ölüb.
APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Şiyəkəran kəndində baş verib.
Kənd sakini, 1981 təvəllüdlü Leyla Əkbər qızı Qəhrəmanova və onun 3 oğlu - 2006-cı il təvəllüdlü Şəmkar, 2008-ci il təvəllüdlü Məhəmməd və 2010-cu il təvəllüdlü Rza evdə ölmüş vəziyyətdə aşkar olunublar.
Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb olunublar. Meyitlər müayinə olunub və onlarda hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Güman edilir ki, onlar dəm qazından boğulublar.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
AzNews.az