Peterburqda etiraz aksiyası başladı - Foto

2 Noyabr 2013 12:01 (UTC+04:00)
Rusiyada faşizmə, irqçiliyə qarşı etiraz aksiyası keçirilir.

Bu saatlarda Rusiyanın şimal paytaxtında 10-cu dəfədir keçirilən "Nifrətə qarşı yürüş"də 200-ə yaxın adam iştirak edir.

Yürüş iştirakçıları son dşvrlərdə Rusiyada millətçiliyin güclənməsinə etiraz edir, miqrantlara qarşı keçirilən aksiyalara qarşı "Faşizm keçməz!", "Rədd olsun faşizm, homofobiya, seksizm!", "Talansız, dağıntısız Rusiya uğrunda!" şüarlarını səsləndirirlər.(axar.az)