Bir ailənin 4 üzvünün ölümü ilə bağlı Rəsmi məlumat

2 Noyabr 2013 12:31 (UTC+04:00)
Daxili İşlər Nazirliyi Astarada bir ailənin üzvlərinin ölümü ilə bağlı məlumat yayıb.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, noyabrın 1-də Astara rayonu Şiyəkəran kəndində kənd sakini Leyla Qəhrəmanovanın və azyaşlı oğlanları Şamxarın, Məhəmmədin və Rzanın dəm qazından boğulmuş meyitləri evlərində tapılıb.

AzNews.az