Saatlıda üstünə qaynar su tökülən uşaq öldü
2 Noyabr 2013 12:43 (UTC+04:00)
Saatlı rayonunda bədbəxt hadisə baş verib.
AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 25-də Saatlı rayonu Qara Nuru kənd sakini, azyaşlı Bəstixanım Abışlı üstünə qaynar su tökülməsi nəticəsində yanıq xəsarəti alıb.
Uşaq aldığı xəsarətdən noyabrın 1-də xəstəxanada ölüb.
AzNews.az