Prezident və baş nazirə sui-qəsdin qarşısı alındı
2 Noyabr 2013 13:02 (UTC+04:00)
Türkiyənin Prezidenti Abdullah Gül və Baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı planlaşdırılan sui-qəsdin qarşısı alınıb.
Trend-in verdiyi məlumata görə, sui-qəsdi həyata keçirmək istəyən şəxs xüsusi əməliyyat nəticəsində yaxalanıb.
Məlumatda o da qeyd olunur ki, kamikadze İzmir şəhərində keçirilən İqtisadi Konqresində iştirak edən ölkə rəsmilərinə qarşı sui-qəsd planlaşdırıbmış.
AzNews.az