Cəmil Həsənli: “YAP məni məhkəməyə vermək istəyirsə, buyursun”

2 Noyabr 2013 20:22 (UTC+04:00)
Milli Şuranın namizədi Cəmil həsənli YAP-dan olan millət vəkili Siyavuş Novruzovun onu məhkəməyə vermesine münasibət bildirib.

"Axar.az"a açıqlamasında Cəmil Həsənli Siyavuş Novruzovun açıqlamasından narahat olmadığını deyib: "Məhkəməyə müraciət etmək hər kəsin hüququdur. YAP məni məhkəməyə vermək istəyirsə, buyursun. Mənim cavabım yalnız ondan sonra ola bilər".