Cəbhədən xəbər var

6 Avqust 2012 07:30 (UTC+04:00)


Erməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə; işğal olunmuş Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı; Goranboy rayonunun Gülüstan; Ağdam rayonunun Şıxlar, Qaraqaşlı kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Ilkin

AzNews.az