Dünyanın ən yaxşı bığ və saqqal çempionatı- VİDEO

3 Noyabr 2013 18:31 (UTC+04:00)
Almaniyada dünyanın ən yaxşı bığ və saqqalı çempionatı keçirilib. Müsabiqəyə 300 iştirakçı qatılıb.


Musabiqə müxtəlif kateqoriyalar üzrə keçirilib. Ən yaxşı dali stilində bığ, ən yaxşı sərbəst stilli bığ, ən dəbdəbəli saqqal, ən yaxşı keçi saqqalları, ən yaxşı bankinbard kateqoriyaları üzrə təşkil olunub. Müsabiqədə iştirak etmək üçün Ştutqar yaxınlığında yerləşən kiçik Leynfelden kəndinə dünyanın 20 ölkəsindən 300-ə yaxın iştirakçı toplanıb.

Təşkilatçılardan olan Yurqen Burxardt tədbirə olan marağın belə böyük olacağını gözləmədiyini bildirib.

Filadelfiya Saqqal və Bığ klubuna başçılıq edən Brendon Biqqins müsabiqəyə olduqca ciddi hazırlaşıb. O bunun üçün saqqalına əməlli-başlı əl gəzdirib. ABŞ-da bir sıra müsabiqələrin qalibi olmuş Biqqins indi də Almaniyada yer qazanmağa çalışır. Haqqında danışılan qeyri-adi çempionat 1990-cı ildən bəri hər iki ildən bir keçirilib və xüsusi stilə malik saqqal və bığa görə mükafatlar verilir.(anspress)