15 yaşlı internat qızları gecə klublarında striptiz göstərir
3 Noyabr 2013 19:54 (UTC+04:00)
Türkiyədə internat qızlarının gecə klublarında striptiz göstərməyə məcbur edilməsi faktı aşkarlanıb.
Dövlət himayəsində olan uşaqları əxlaqsızlığa sürükləyən qruplaşmalar İstanbulun Taksim meydanı ətrafındakı əyləncə məkanlarında onları "işə" məcbur ediblər.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, valideynləri boşanan 10-17 yaşlarında uşaqların qaldığı internat evi ilə bağlı dəhşətli məlumatlar ortaya çıxıb. Qızlar ətrafdakı gecə klublarında striptiz göstərməyə məcbur edilib.
Hətta "səhnəyə" çıxarılan 15 yaşlı qıza 1000 TL müqabilində müştəri ilə əlaqədə olmaq təklif edilib.
Qız daha sonra polisə verdiyi ifadəsində bu təklifi rədd etdiyini bildirib.
Faktla bağlı cinayət işi açılıb.
İnternat qızlarını gecə klublarına cəlb edənlərin kimliyi araşdırılır.
Elnur
AzNews.az