İtini daşla öldürüb …yedi

4 Noyabr 2013 08:34 (UTC+04:00)
Kanadanın Quebec əyalətində üç ay əvvəl itkin düşən və ölümcül halda tapılan 44 yaşlı Marko Lovoie sag qalmaq üçün öz itini yeməyə məcbur olub.

AzNews.az xəbər verir ki, polis macərapərəst kanadalının tapanda həkimlər onun ölümünə ən çoxu 48 saat qaldığını bildiriblər.

Həkim nəzarətinə götürülən və vəziyyəti getdikcə sabitləşən kanadalı başına gələnləri danışıb. Dediyinə görə bir müddət sağ qalmaq üçün ağac qabıqları yeyib. Daha sonra yeməyə heç nə olmayanda itini daşla öldürərək yeməyə məcbur qalıb.

Elnur
AzNews.az