Qızıl mağazasına zombi hücumu

4 Noyabr 2013 09:36 (UTC+04:00)
Meksikanın paytaxtı Mexikoda soyğunçular zombi paltarında zərgərlik mağazasına basqın edib.

Avtomat və tapançalarla silahlanan zonbilər mağazadan 76,5 min dollarlıq zinyət əşyası aparıb.

Meksikada Ölülər gününün qeyd olunduğu 2 noyabrda keçirilən tədbirlər sırasında şəhərdə zombi paltarında gəzmək adi qarşılanır. Buna görə də soyğunçular heç kəsin diqqətini cəlb etməyib.

Elnur
AzNews.az