Zakir Qaralov məzuniyyətə çıxdı

4 Noyabr 2013 10:11 (UTC+04:00)
Azərbaycanın baş prokuroru Zakir Qaralov qısamüddətli məzuniyyətə çıxıb.

APA-nın məlumatına görə, hazırda baş prokuror vəzifəsinin icrasını müvəqqəti olaraq baş prokurorun birinci müavini Rüstəm Usubov həyata keçirir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyərək Baş prokuror Zakir Qaralovun yaxın günlərdə xidməti vəzifəsinin icrasına başlayacağını deyib.

AzNews.az