Həbsi gözlənilən müxalifətçi özünü 3-cü mərtəbədən atdı
4 Noyabr 2013 10:50 (UTC+04:00)
Tacikistanın müxalifətdə olan İslam Dirçəliş Partiyasının üzvü Umedcon Todciyev barəsində açılan cinayət işinin istintaqı zamanı özünü 3-cü mərtəbədən atıb.
AzNews.az yerli mətbuata istinadən xəbər verir ki, oktyabrın 30-da o, polisə tabe olmamaq ittihamı ilə 10 sutka həbsə məhkum edilib. Noyabrın 2-də isə iki nəfərin ifadəsi əsasında müxalifət təmsilçisinə qarşı cinayət işi açılıb.
İstintaqda dindirilmə zamanı müxalifət partiyasının təmsilçisi daxili işlər orqanının yerləşdiyi binanın 3-cü mərtəbəsindən tullanıb. Nəticədə onun ayaqları qırılıb.
Elnur
AzNews.az