Dövlət rəsmilərinin olduğu təyyarə qəzaya uğradı: 8 ölü, 10 yaralı

4 Noyabr 2013 13:07 (UTC+04:00)
Bolivyada (Cənubi Amerika) içərisində dövlət rəsmiləri də olmaqla 18 nəfər olan sərnişin təyyarəsi qəzaya uğrayıb.

Qəza nəticəsində 8 nəfər həyatını itirib, 10 nəfər isə yaralanıb. Təyyarə eniş edərkən qəzaya uğrayıb. İlkin ehtimala görə qəzaya səbəb pis hava şəraiti olub. Səlahiyyətli şəxslərin açıqlamasına görə, pilot və köməkçi pilotun vəziyyəti ağırdır. Cəsədlərdən yeddisi yandığı üçün hələlik onların şəxsiyyətini aydınlaşdırmaq mümkün olmayıb.

Elman
AzNews.az