Heydər Əliyev Mərkəzi medalla təltif edildi- FOTO

4 Noyabr 2013 13:38 (UTC+04:00)
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Küveyt Dövlətində Mərkəzin təşkil etdiyi konkur yarışına görə Küveyt Atçılıq Federasiyasının medal və təşəkkür plaketi ilə təltif olunub.

Mərkəzdən APA-ya verilən məlumata görə, Heydər Əliyev Mərkəzinin idman sahəsinin inkişafına dəstək layihəsi çərçivəsində 2013-cü il martın 7-də təşkil olunan turnirdə 147 idmançı iştirak edib. Yarış Küveytdə yaşayan azərbaycanlıları özündə birləşdirən "Vətənsevər" Dostluq Cəmiyyəti və "Küveyt-Azəri" müəssisəsi ilə birgə, Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin dəstəyi ilə keçirilib.

Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendlə tanış olublar, onlara ümummilli lider haqqında ərəb və ingilis dillərində nəşr olunmuş kitablar təqdim edilib.

AzNews.az