Qoyun oğruları məhkəmədən sərbəst buraxıldı

4 Noyabr 2013 15:27 (UTC+04:00)

Iğdırda 11 qoyunu oğurlayaraq qaçmaq istəyən 2 nəfər polis və jandarma tərəfindən yaxalanıb.

Yerli mətbuatın xəbərinə görə, Iğdır Mərkəz Respublika məhəlləsində yaşayan Y. G, 11 qoyununun oğurlandığı haqda polisə bildirib. Polis və jandarma əməliyyat axtarış tədbirləri həyata keçirərək, saxladıqları bir yük maşınında oğurlanan qoyunları aşkarlayıb. Oğurlanan heyvanlar sahiblərinə qaytarılsa da, cinayət başında tutulduqlarına baxmayaraq, göz altına alınan iki nəfər polisə ifadə verdikdən sonra məhkəməyə çıxarılaraq sərbəst buraxılıb.

Elman
AzNews.az