Əsirin məktubu niyə yetişmədi?

6 Avqust 2012 09:58 (UTC+04:00)


Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda saxlanılan azərbaycanlı əsirin məktubunun ailəsinə çatdırılmamasının səbəblərini açıqlayıb. Qurumun Bakı nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova APA-nın sorğusuna cavab olaraq bildirib ki, "Qızıl Xaç" məktublarında yalnız ailəyə aid məlumatlar yer ala bilər: "Həmin məktublar bu kriteyaya cavab vermədiyindən onların çatdırılması mümkün deyil". Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda saxlanan azərbaycanlı hərbi əsirin məktublarını onun ailəsinə verməkdən imtina etməsi ilə bağlı bir neçə gün əvvəl məlumat yayılıb. Əsir Firuz Fərəcovun ailəsindən verilən məlumata görə, BQXK-nin Azərbaycan nümayəndəliyinin əməkdaşları F. Fərəcovun vəziyyətinin yaxşı olduğunu və əsirdən məktub gətirdiklərini bildirsələr də, həmin məktubu valideynlərinə verməkdən imtina ediblər. Əsirin ailəsi bu barədə aidiyyəti dövlət orqanlarına məlumat verib.


AzNews.az