İlham Əliyev həmsədrləri qəbul etdi

4 Noyabr 2013 16:22 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ), Jak Foru (Fransa), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

AzNews.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzNews.az